Bu gün Azərbaycanın əfsanəvi futbolçularından biri, "Neftçi" futbol komandasının sabiq hücumçusu Anatoli Banişevskinin xatirəsi yad olunub. Siasport.az saytının məlumatına görə, bu gün 66-cı ildönümü münasibətilə futbolçunun ailə üzvləri, AFFA-nın əməkdaşları, "Neftçi"nümayəndələri və klubun yeniyetmələrdən ibarət futbolçuları, veteran futbolçular, idman ictimaiyyətinin nümayəndələri Banişevskinin məzarını ziyarət edib.
Əfsanəvi futbolçunun abidəsi önünə əklil və gül dəstələri qoyulub, onunla bağlı xatirələri yada salınıb. Veteranlar Yaşar Babayev, Mübariz Zeynalov, Şamil Heydərov, Səmədağa Şıxlarov, Asim Xudiyev çıxış edərək Banişevskinin Azərbaycan futbolunun həyatında göstərdiyi xüsusi xidmətlərini qeyd edib, xoş xatirələrlə yada saldıqlarını vurğulayıblar.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB