Bu gün 26 Fevral Xocalı Soyqırımına həsr olunmuş “Mahir nişançı” turniri keçirilib-FOTOSESSİYA

Bu gün 26 Fevral Xocalı Soyqırımına həsr olunmuş “Mahir nişançı” turniri keçirilib-FOTOSESSİYA

Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 26 Fevral Xocalı Soyqırımına həsr olunmuş "Mahir nişançı" çempionatı keçirildi. Siasport.az saytına müsahibə verən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Zamiq Əhmədov turnir haqqında bunları deyib: " Xocalı Soyqırımın 20-ci ildönümü ərəfəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi bir sıra tədbirlər keçirir. Bu günkü "Mahir nişançı" tədbiri də silsilə tədbirlərdən biridir. Turnirdə Bakı şəhərinin inzibati rayonlarının 11-ini təmsil edən komandalar iştirak edir. Komandaların tərkibi isə 5 nəfərdən ibarətdir, 3 oğlan, 2 qız təşkil olunurlar. Gördüyünüz kimi uşaqlarda əhval-ruhiyyə yaxşıdır, vətənpərvərlik hissi güclüdür. Bizim əsas məqsədimiz onların vətənpərlik ruhunda tərbiyə olunması, silahla davranış qaydalarının mənimsənilməsi, biliklərinin daha da artırılmasıdır\".

Qeyd edək ki, 1-ci yeri Səbail, 2-ci yeri Sabunçu, 3-cü yeri isə Nəsimi rayon komandaları tutub.

Sonda yer tutmuş komandalara Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin diplomları təqdim olunub.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə