"Qalatasaray"lı azarkeşlər Mehmet Topal üçün imza kampaniyasına başlayıblar
İspaniyanın "Valensiya" futbol klubunda forma geyən türkiyəki futbolçu Mehmet Topalın komandadan ayrılacağı xəbəri, ilk olaraq onun keçmiş komandası olan "Qalatasaray"da hərəkətliliyə səbəb olub. Siasport.az saytı xəbər verir ki, "cim bom" azarkeşləri onun yenidən "Qalatasaray"a qaytarılması üçün imza kampaniyasına başlayıblar. Türkiyə mətbuatı xəbər verir ki, azarkeşlər bu məqsədlə öz şəxsi Twitterlərindən klubun rəhbərliyinə çoxsaylı məktublar yollamağa başlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB