"Pivəçilər" "Bazel" ilə bacarmadılar!

"Pivəçilər" "Bazel" ilə bacarmadılar!
Dünən axşam UEFA Çempionlar Liqasının 1\18 final qarşılaşması çərçivəsində daha bir oyun keçirilib. Siasport.az saytı xəbər verir ki, İsveçrənin "Bazel" futbol klubu Almaniyanın "Bayern Münhen" futbol klubunu qəbul edib. Bu qarşılaşmada almanlar favorit sayılsalar da, qarşılaşmanın sonunda məhz "Bazel" futbolçuları 1:0 hesablı qələbə ilə meydanı tərk ediblər. İndi "Bayern Münhen"inin növbəti mərhələyə yüksəlmək üçün cavab qarşılaşmasında qələbə qazanmaqdan başqa yolu qalmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə