AFFA Nizam-intizam Komissiyası Unibank Premyer Liqasının XX turunda qeydə aldığı cərimələri açıqlayıb
Unibank Premyer Liqasının XX turunda keçirilən qarşılaşmalardan sonra klublar cəzalandırılıb. Siasport.az saytının məlumatına görə, tur bitdikdən sonra Azərbaycan Futbol Federasiyaları Assosasiyasının Nizam-İntizam Komissiyası cərimələr haqqında məlumat yayıb. Klubların cərimələri və səbəblərini oxucularımıza təqdim edirik.
Fevralın 20-də 2011/2012 mövsümündə, XX Unibank Premyer Liqasının XXI turunun "İnter" – "Sumqayıt" matçının 35-ci dəqiqəsində "İnter" klubunun 21 №-li futbolçusu Arif Daşdəmirov kobud oyuna görəbirbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur
20 fevral 2012-ci il, 2011/2012 mövsümündə, XX Unibank Premyer Liqasının XXI turunun "Simurq" – "Bakı" matçının 62-ci dəqiqəsində "Bakı"klubunun 10 №-li futbolçusu Lukas Mario Horvat əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur
20 fevral 2012-ci il, 2011/2012 mövsümündə, XX Unibank Premyer Liqasının XXI turunun "Qarabağ" – "Kəpəz" matçında "Kəpəz" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
Oyunun 90+1-ci dəqiqəsində "Kəpəz"klubunun 5 №-li futbolçusu Əli İsmayılov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur
21 fevral 2012-ci il, 2011/2012 mövsümündə, XX Unibank Premyer Liqasının XXI turunun "Qəbələ" – "Xəzər Lənkəran" matçında "Xəzər Lənkəran" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
21 fevral 2012-ci il, 2011/2012 mövsümündə, XX Unibank Premyer Liqasının XXI turunun "Neftçi" – "Rəvan" matçının videoyazısını izlədikdə oyunun 83-cü dəqiqəsində "Neftçi" klubunun 19 №-li futbolçusu Mirhüseyn Seyidovun təhqiredici hərəkətlər etdiyi aşkar edilib. Bu səbəbdən də adıçəkilən futbolçu 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur.Futbolçuya verilmiş cəzanın 1 oyunu şərti cəza kimi tətbiq ediləcəkdir. Futbolçuya 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaqdır.
19 fevral 2012-ci il, 2011/2012 mövsümündə, XX Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXI turunun "İnter" – "Sumqayıt" matçında "Sumqayıt" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
Oyunun 67-ci dəqiqəsində "İnter" klubunun 99 №-li futbolçusu Anar Məhərrəmov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.
19 fevral 2012-ci il, 2011/2012 mövsümündə, XX Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXI turunun "Simurq" – "Bakı" matçda "Bakı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
Oyunun 67-ci dəqiqəsində "Simurq" klubu Əsasnamənin tələblərinini pozduğuna görə, yəni meydançaya yaşı 21-dən yuxarı olan 6-cı futbolçunu buraxdığı üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
20 fevral 2012-ci il, 2011/2012 mövsümündə, XX Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXI turunun "Qəbələ" – "Xəzər Lənkəran" matçında "Qəbələ" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
Oyunun 19-cu dəqiqəsində "Xəzər Lənkəran" klubunun 50№-li futbolçusu Akif Tağıyev kobud oyuna görəbirbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur.
Matçda "Qəbələ" klubu texniki zonanı hazır vəziyyətə gətirmədiyi üçün kluba xəbərdarlıq edilir. Analoji hadisənin təkrarlanacağı təqdirdə kluba qarşı daha ciddi sanksiyalar tətbiq ediləcəkdir.
19 fevral 2012-ci il, 2011/2012 mövsümündə Azərbaycan I divizionunun XVII turunun "Lokomotiv" – "Şuşa" matçda "Lokomotiv" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
20 fevral 2012-ci il, 2011/2012 mövsümündə Azərbaycan I divizionunun XVII turunun "Tərəqqi" – "Karvan" matçda "Karvan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
Oyunun 62-ci dəqiqəsində "Tərəqqi"klubunun 12 №-li futbolçusu İlkin Verdiyev əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.
21 fevral 2012-ci il tarixində futzal üzrə Azərbaycan çempionatının "Araz" – "Rəvan" matçında "Rəvan" klubu iştirak etmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilir.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB