UEFA Avropa Liqasının 1/16 final qarşılaşmasının cavab oyunu çərçivəsində sabah İstanbulun "Beşiktaş" futbol klubu ilə qarşılaşacaq Portuqaliya təmsilçisi "Braqa", İstanbula iddialı açıqlamalarla gəlir. Siasport.az saytı xəbər verir ki, Portuqaliyada keçirilən ilk qarşılaşmada "Beşiktaş"a 0:2 hesabı ilə məğlub olan "Braqa" cəbhəsində, hələ də qələbə qazanacaqlarına ümid ifadə edən fikirlər səsləndirilir. Belə ki, Portuqaliya mətbuatı, keçən il səfərdə "Seviliya"nın qapısına vurulan 4 cavabsız qolu xatırladaraq, bunun İstanbulda da təkrar olmasını arzu edirlər. Baş məşqçi Leonardo Jardim isə Portuqaliya mətbuatına verdiyi açıqlamada, hələ də şanslarının qaldığını və sona qədər mübarizə aparacalarını bildirib. "Beşiktaş"dan çəkinmədiklərini deyən L.Jardim, hər şeyin meydanda həll olunacağını açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB