Bu gün Azərbaycanın 2 komandası Çempionlar Liqasının ¼ final mərhələsində mübarizə aparacaq

Bu gün Azərbaycanın 2 komandası Çempionlar Liqasının ¼ final mərhələsində mübarizə aparacaq

Bu gün voleybol üzrə Çempionlar Liqasının 1/4final mərhələsinin görüşləri keçiriləcək. Voleybol Federasiyasından mətbuat katibi Şəfəq Kərimovanın siasport.az saytına verdiyi xəbərə görə, bu gün Azərbaycanın 2 klubu yarımfinal uğrunda mübarizə aparacaq. Qarşılaşacaq komandalar aşağıdakı kimidir:

"Rabita Baku" – "Fenerbahce Universal". (Sərhədçi İOM)- 17:00.

"Dinamo Kazan" – "Azerrail Baku" -20:00

Xatırladaq ki, növbəti oyunlar fevralın 28-i və 29-da keçiriləcək.


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə