“Neftçi”nin braziliyalı futbolçusu yenidən heyətə qayıdır

“Neftçi”nin braziliyalı futbolçusu yenidən heyətə qayıdır

\"Neftçi\" klubunun braziliyalı futbolçusu Rodriginyo artıq Bakıya gəlib. Siasport.az saytının məlumatına görə, müalicəsini davam etdirən futbolçu artıq klubun "Rəvan"la qarşılaşmasını stadionda izləyib.

Xatırladaq ki, Rodriginyo Çempionlar Liqasının təsnifat mərhələsində keçirilmiş \"Dinamo Zaqreb\"-\"Neftçi\" qarşılaşmasında ciddi zədə almışdı.

Məlumat üçün bildirək ki, Flaqmanın digər legioneri AlessandroViana da Silva isə Braziliyaya yollanıb. Hazırda zədəli olan futbolçu vətənində müalicə olunur.



Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə