Cüneyt Biçər: “Son dəqiqələrdə vurulan qol bizim üçün sürpriz oldu”
Xəbər verdimiz kimi, Unibank Premyer Liqasının XXI turunda "Qəbələ" ilə qarşılaşmada məğlub olan "Xəzər Lənkəran"ın baş məşqçisi Cüneyt Biçer oyunla bağlı müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik:
"Nəticənin belə olacağını gözləmirdim. Son dəqiqələrdə vurulan qol bizim üçün sürpriz oldu. Biz Kamranın hərarətinin enməsi üçün ona iynə vurduq. Bununla belə, Kamranın qızdırması enmədi. Bu səbəbdən onu ehtiyatda saxlamağa məcbur olduq".
Qeyd edək ki, baş məşqçi komandada olunan yeni transferlər barədə də fikirlərini bildirib: "Mənim istədiyim futbolu sərgiləyə bilmədilər. Onlara uyğunlaşmaq üçün bir qədər zaman lazımdır".
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB