Quzanlıda eyni tarix, eyni hesab, eyni müəllifli oyun baş tutub

Quzanlıda eyni tarix, eyni hesab, eyni müəllifli oyun baş tutub

Unibank Premyer Liqasıının XXI turunda "Qarabağ" komandası "Kəpəz"i qəbul etdi. Qərbdə ilk qarşılaşma Quzanlı qəsəbəsində baş tutub.

Siasport.az saytının məlumatına görə, görüş "Qarabağ"ın böyük üstünlüyü ilə keçsə də matçda cəmi 1 qol vurulub.

Qeyd edək ki, 27-ci dəqiqədə Əfran İsmayılovun sağ cinahdan hücumu zamanı qapı qarşısına verdiyi ötürməni gürcü forvard tora göndərib. Bununla da Ə. İsmayılov ötən tur "Bakı" ilə oyunda olduğu kimi bu dəfə də Adamın assistenti olub.
Georgi Adamiya əvvəlki oyunlarda olduğu kimi unikal göstəriciyə imza atıb. 30 yaşlı futbolçu ötən il "Gəncə", bu il isə "Kəpəz"ə qarşı keçirdiyi 4 oyunun hamısında fərqlənməklə yadda qalıb.

Bundan əlavə, bu 4 matçın hamısı "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb. Cari mövsüm 5-ci qoluna imza atan Adamiya Azərbaycan Premyer Liqasında 58-ci qolunu vurub. Beləliklə, ilk pillədəki Badri Kvaratsxeliyaya daha da yaxınlaşıb.
Məlumat üçün bildirək ki, "Qarabağ"ın ötən mövsümdə olduğu kimi eyni rəqiblə mücadiləsi eyni günə təsadüf edib. Və o zaman da komandanın minimal hesablı qələbəsi qeydə alınmışdı.

Beləlikə, eyni tarixli, eyni hesablı, eyni müəllifli oyun Quzanlıda baş tutub.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə