“Neftçi”nin əvəzediciləri XXI turda da qələbə qazandı

“Neftçi”nin əvəzediciləri XXI turda da qələbə qazandı

Unibank Premyer Liqasının XXI turunda rəqibləri ilə mübarizə aparan \"Neftçi\" klubunun əvəzedici heyəti növbəti oyununu keçirib. Siasport.az saytının məlumatına görə, komanda bu tur \"Rəvan\"ı qəbul edib. Keçirilən görüşdə ilk qol 43-cü dəqiqədə vurulub.

Qeyd edək ki, Kərim Diniyevin cərimə zərbəsindən vurduğu top, rəqib futbolçuya dəyərək qapıya istiqamətlənib, qapıçı topun qapıya daxil olmasına mane ola bilməıyib. Beləliklə birinci hissə Flaqmanın qələbəsi ilə yekunlaşıb.

İkinci hissədə \"Neftçi\"nin əvəzedici heyəti daha 3 dəfə rəqibi meydanın mərkəzinə dəvət edə bilib. "Neftçi"nin heyətində çıxış edən İlham Allahverdiyev, Elşən Abdullayev və Məqsəd İsayev hərəyə 1 dəfə fərqlənib. \"Rəvan\" futbolçuları isə oyunda buraxılmış qollardan ikisinin əvəzini çıxmağa müvəffəq olabiliblər. Nəticədə Flaqman oyundan 4-2 hesabı ilə qalib ayrılıb.

Məlumat üçün bildirək ki, \"Neftçi\" komandası bu qələbədən sonra 46 xalla turnir cədvəlinin zirvəsində tutduğu mövqeyini qoruyur.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə