Son turlarda İtaliya A Seriyasında uğursuz çıxışı ilə yadda qalan "İnter" futbol klubunda, ulduz futbolçulara təkliflər yağış yağmuru kimi gəlməkdə davam edir. Siasport.az saytı xəbər verir ki, Milan təmsilçisinin hollandiyalı ulduz futbolçusu Şneyder, dünən verdiyi açıqlamada, hansı sürpriz komandanın təklifini rədd etdiyinə aydınlıq gətirib. Sən demə Rusiyanın "Zenit" futbol klubu hollandiyalı ulduz futbolçuya cəzbedici təklif göndərib. Futbolçu bildirib ki, "Zenit"in təklifi olduqca sərfəli və maraqlı olsa da, "İnter"in bu ağır vaxtlarında komandanı yalnız buraxmağı düzgün saymayıb: "Həqiqətən də rusların mənə verdikləri təklif olduqca sərfəli idi. Həm maliyyə baxımından, həm də digər baxımlardan. Amma "İnter"ın hazırkı vəziyyətdə olmasına görə onların təklifini rədd etdim."-deyə hollandiyalı futbolçu fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB