"Atletiko Madrid" ulduz futbolçusunu itirdi...

"Atletiko Madrid" ulduz futbolçusunu itirdi...
Arda Turanın heyətində çıxış etdiyi "Atletiko Madrid" futbol klubu, aldığı zədə üzündən ulduz futbolçularından birini itirməli olub. Siasport.az saytı xəbər verir ki, Madrid təmsilçisinin ulduz futbolçusu Diyeqo, sağ ayağındakı ciddi zədə ucbatından bir ay yaşıl meydanlardan uzaq qalacaq. Onun UEFA Avropa Liqasının 1/16 final qarşılaşmasının cavab görüşündə "Latsio" ilə qarşılaşmada meydana çıxmayacağı barədə klubun rəsmi saytı da açıqlama yayıb.
Futbolçunun özü isə jurnalistlərə bildirib ki,o hazırkı durumdan çox narahatdır: "komandamı belə bir vacib qarşılaşmada tək buraxacağım üçn çox üzgünəm. Bu mənə ayağımdakı zədə acısından daha dəhşətli əzab verir. Mənə göstərilən dəstəyə və iqqətə görə hər kəsə minətdaram"-deyə Diyeqo fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə