Xocalı Soyqırımına həsr edilmiş “Mahir Nişançı” turniri keçiriləcək

Xocalı Soyqırımına həsr edilmiş “Mahir Nişançı” turniri keçiriləcək

Fevralın 23-də Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 26 fevral Xocalı Soyqırımının XX ildönümünə həsr olunmuş turnir keçiriləcək. Siasport.az saytının məlumatına görə, "Müharibə uşaqların gözü il" mövzusunda təşkil olunan turnirdə Bakı şəhər orta ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri iştirak edəcək.

Qeyd edək ki, güllə atıcılığı üzrə keçiriləcək yarış Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında saat 13:00-da başlayacaq.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə