Su polosu üzrə Bakı birinciliyinə yekun vurulub

Su polosu üzrə Bakı birinciliyinə yekun vurulub

Bakının Xətai rayonu 15 №-li UGİM-nin üzgüçülük hovuzunda Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə su polosu üzrə yeniyetmələr arasında Bakı Şəhər Açıq Birinciliyi keçirilib. Siasport.az saytının məlumatına görə, yarışda 5 komanda iştirak edib.

Məlumat üçün bildirək ki, komandaların yarışında ilk 3 yeri aşağıdakı komandalar tutub:

I yer "MOİK",

II yer "AzDBTİA",

III yer "Bakı".

Qeyd edək ki, ilk 3 yeri tutmuş komandalar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom və xatirə hədiyyələri ilə təltif olunub.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə