"Real Madrid" "Barselona"nı daxildən parçalayır?

"Real Madrid" "Barselona"nı daxildən parçalayır?
Deyəsən əzəli rəqibi "Barselona" ilə yaşıl meydanlarda heç cürə bacara bilməyən Madrid "Real"ı, son əlac kimi katalonları daxildən parçalamağa qərar verib. Siasport.a zsaytı xəbər verir ki, bu barədə "Barselona"lı futbolçular açıq şəkildə İspaniya mətbuatında fikirlərini dilə gətirirlər. Katalonların forvardı Jerard Pike də hesab edir ki, baş məşqçi Xosep Qvardiola ilə aralarında münaqişə yaranması barədə xəbərlər,ilk əvvəl "Real" cəbhəsinin "yastığının altından" çıxır. X.Qvardiolanın bir məşqçi kimi ona çox faydasının dəydiyini deyən futbolçu, digər "Barselona"lı futbolçular kimi, onun da peşəkar futbolçu kimi püxtələşməyində baş məşqçinin böyük rolu oub:
"Buna görə də ona minnətdaram. Mənim şəxsi heyatım idmançı karyerama mane olmur. Təsadüfi deyil ki, ötən il "Barselona"yla birgə İspaniya çempionu olmuş, kuboku və Çempionlar Liqasında birinciliyi qazanmışam. Bu mənada, mənim Qvardiolayla münaqişəm yoxdur. Bu cür informasiyalar yalnız "Real"ın nəzarətində olan mətbuat orqanlarının uydurduğu yalanlardan daha birisidir" – deyə Pike bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə