Avropa çempionları qazandıqları ada laiq olduqlarını Bakıda sübut etdilər

Avropa çempionları qazandıqları ada laiq olduqlarını Bakıda sübut etdilər

Boks üzrə gənclər arasında Şağan Olimpiya İdman Kompleksində keçirilən ölkə birinciliyinə yekun vurulub. Boks Federasiyasının mətbuat katibi Elnur Məmmədlinin siasport.az saytına verdiyi xəbərə görə, birincilikdə paytaxtın 22, digər şəhər və rayonların isə 26 komandasının 189 iştirakçısı qələbə uğrunda mübarizə aparıb. Gənclərdən ibarət milli komandanın ən güclü idmAnçıları hesab olunan Pərviz Bağırov və Rauf Rəhimov digər çıxışlarında olduğu kimi Azərbaycan Çempionatında da fəxri kürsünün ən yüksək pilləsinə yeksəliblər.

Qeyd edək ki, 64 kiloqram çəki dərəcəsində çıxış edən ötən il İrlandiyada keçirilmiş gənclər arasında Avropa çempionatının qalibi Pərviz Bağırov ölkə birinciliyində də qazandığı ada laiq olduğu bir daha sübut edib. Belə ki, o, finalda "Rabitə" İdman Cəmiyyətinin üzvü Pərviz Hüseynovu 12:4 hesabı ilə məğlub edib. Digər qitə çempionu, 81 kiloqram çəkidə gücünü sınayan Rauf Rəhimov isə yeniyetmələr arasında Avropa birinciliyinin bürünc mükafatçısı Rahil Məmmədlini 18:12 hesabı ilə geridə qoyub.

Məlumat üçün bildirək ki, ümumkomanda hesabında nəticələr aşağıdakı kimi olub.

"Neftçi" İdman Sağlamlıq Mərkəzi 1-ci,

"Rabitə" 2-ci,

"Qızıl Əlcək" klubu isə 3-cü yeri tutub.

"Neftçi" təmsilçilərindən 5-i Azərbaycan birinciliyini çempion kimi başa vurub.Onu da əlavə edək ki, gənclərdən ibarət milli komandamızın bəzi üzvləri martın 14-dən 18-ə kimi Vilnüsdə keçiriləcək Danas Poznyakın xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə, digər boksçular isə Bakıda "İpək Yolu" yarışında mübarizə aparacaq.

Xatırladaq ki, gənclərin əsas yarışı Oktyabrda Tailandda keçiriləcək dünya birinciliyi olacaq.


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə