Fevralın 24-dən 26-a qədər İran İslam Respublikasının Qum şəhərində yunan-Roma güləşi üzrə Yadigar İmam Kuboku beynəlxalq turniri keçiriləcək. Güləş Federasiyasının mətbuat katibi Mais Musayevin siasport.az saytına verdiyi xəbərə görə, məşqçilər Şaban Donat və Turac Hüseynlinin rəhbərliyi etdiyi Azərbaycanın 10 güləşçisi turnirdə iştirak edəcək.
Qeyd edək ki, heyətin tərkibində aşağıdakı idmançılar beynəlxalq turnirdə mübarizə aparacaq:
Vilayət Qəhrəmanlı (55 kq),
Sakit Cəlilov (60 kq),
Azad Əliyev, Rüstəm Əliyev (hər ikisi 66 kq),
Emin Əhmədov (74 kq),
Həmzət Usubov, Şəhriyar Məmmədov (hər ikisi 84 kq),
Araz Həsənov, Murtuza Tağıyev (hər ikisi 96 kq),
Maksim Proxorov (120 kq) yer alıb.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB