"Qalatasaray" Necati Ateşlə 2 illik müqavilə imzalamağa hazırlaşır

"Qalatasaray" Necati Ateşlə 2 illik müqavilə imzalamağa hazırlaşır
Qış transfer dövründə "Antalyaspor"dan İstanbulun "Qalatasaray" futbol klubuna cəlb olunan Necati Ateş, oynadığı futbol ilə həm azarkeşlərin, həm də klub rəhbərliyinin rəğbətini qazanıb. Siasport.az saytı xəbər verir ki, artıq İstanbul klubunun rəhbərliyi, baş məşqçi Fatih Terimin israrı ilə son üç qarşılaşmada da meydanı qolsuz tərk etməyən təcrübəli futbolçuya 2 illik müqavilə imzalamağı təlkif etməyə hazırlaşır. Türkiyə mətbuatı iddia edir ki, artıq bu barədə futbolçu ilə ilkin razılaşma da əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə