\"Real\" qaçır, Messi qovur!
İspaniya La Liqasında bir sıra maraqlı qarşılaşmalar keçirilib. Siasport.az saytı xəbər verir ki, lider \"Real\", öz meydanında \"Saraqosa\"nı 4:0 hesabı ilə darmadağın edərək, liderliyini bir qədər də möhkəmləndirib. Kral klubunun əzəli rəqibi olan \"Barselona\" isə \"Valensiya\"ya \"divan tutub\". Katalon klubu 0:1 hesabı ilə məğlub olduğu qarşılaşmanı sonda 6:1 hesablı qələbə ilə başa vurub. qarşılaşmada 5 qola Leonel Messi imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə