Uzun illər futbol üzrə SSRİ yığmasının və Kiyev \"Dinamo\"sunun baş məşqçisi olmuş Anatoli Demyanenko, hələ də nostalji hisslərlə yaşayır. Siasport.az saytı xəbər verir ki,2008-ci ildə Bakının \"Neftçi\" futbol klubunun baş məşqçisi olmuş və \"ağ qaralar\"la UEFA İntertoto Kubokunun finalına qədər irəliləmiş A.Demyanenko, sovet çempionatındakı illəri heç cür yaddan çıxara bilmir. Hazırda Ukraynanın "Volın" klubunda baş məşqçi kimi çalışan təcrübəli mütəxəssis hesab edir ki, o zamankı SSRİ çempionatı Avropanın güclü çempionatlarından biri idi: "Əlbəttə ki, SSRİ vaxtındakı futbolun nostalji hissləri qalıb. Həmin vaxt çempionatımız Avropanın ən güclülərindən idi. Hamı gücünü tam ortaya qoyurdu. Belə mübarizələrlə həm futbolçular, həm komandalar inkişaf edirdi. Moskva "Spartak"ı, "Neftçi", Tiflis "Dinamo"su, "Ararat" – hamısı fərqli futbol məktəbləri idi. Dəlisov rəqabət var idi. Hətta "Jalgiris" də gəlib bizi uda bilərdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB