Aleks "Fənərbaxça"ya möhtəşəm qələbə qazandırdı!

Aleks "Fənərbaxça"ya möhtəşəm qələbə qazandırdı!
Türkiyə Superliqasında maraqlı qarşılaşmalar keçirilib. Siasport.az saytı xəbər verir ki, lider "Qalatasaray"ın ardınca digər İstanbul klubları olan "Fənərbaxça" və "Beşiktaş" da keçirdikləri prinsipial qarşılaşmalarda qələbəyə seviniblər. Cəzalı oyun səbəbindən yalnız qadln və uşaqların iştirak etdiyi möhtəşəm qarşılaşmada "Sivasspor"u qəbul edən "Fənərbaxça", 40 minə yaxın xanım azarkeşləri qarşısından 4:2 hesabı ilə qalib gələrək, lider "Qalatasaray"la aralarındakı xal fərqinin daha da artmasına imkan verməyib. "Beşiktaş" isə "İsmət İnönü" stadionunda "Gənclərbirliyi" klubunu qəbul edib. "Qara qartallar" da bu qarşılaşmadan 3:2 hesablı qələbə ilə ayrılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə