Deyəsən Mahaçqalanın "Anji" futbol klubunun baş məşqçisi olan Qus Hiddinq, milyonçu Süleyman Kərimovun pullarından elə təsirlənib ki, ona edilən yeni müraciət forması da vecinə deyil. Siasport.az saytı xəbər verir ki, vaxtı ilə futbol üzrə Rusiya millisinin baş məşqçisi olarkən ruz azarkeşlərin "Qus İvanoviç" deyə çağırdıqları hollandiyalı futbol mütəxəssisi, indi də yeni ayama ilə çağırılmağından narahatlıq keçirmir. Belə ki, rus mətbuatına verdiyi açıqlamada Q.Hiddinq, hər şeyi azarkeşlərin ixtiyarına buraxdığını bəyan edib: "Azarkeşlərə necə xoşdursa, elə də etsinlər. Lap istəyirlər məni Qus Süleymanoviç çağırsınlar. Bu, daha əla səslənir!" – deyə o bildirib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB