Ruslan Tağızadə: “Uğurlu nəticə əldə edib azarkeşlərimizi sevindirmək istəyirik”
Xəbər verdiyimiz kimi, Unibank Premyer Liqasının XXI turunda "Sumqayıt" səfərdə "İnter" komandası ilə qarşılaşacaq. Siasport.az saytının məlumatına görə, "Sumqayıt" qarşılaşmaya hazırlığını davam etdirir.
Komandanın müdafiəçisi Ruslan Tağızadə oyun öncəsi fikirlərini bildirib: "İnter"lə oyuna çox ciddi hazırlaşırıq. Komandada əhval ruhiyyə yüksəkdir. Dünənki məşqdə kiçik zədə alsam da, artıqözümü bu görüşətam hazır hesab edirəm. Bu qarşılaşmada uğurlu nəticə əldə edib azarkeşlərimizi sevindirmək istəyirik".
Məlumat üçün bildirək ki, Ruslan Tağızadə bu mövsümdə "Sumqayıt"ın heyətində Unibank Premyer Liqasının 20-cu turunda meydana çıxıb.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB