“Qəbələ” 16-cı dəfə “Xəzər Lənkərana” qarşı

“Qəbələ” 16-cı dəfə “Xəzər Lənkərana” qarşı

Unibank Premyer Liqasının XXI turunda "Xəzər Lənkəran" klubunu qəbul edəcək "Qəbələ" 16-cı dəfə bu komanda ilə görüşəcək. Siasport.az saytının məlumatına görə, indiyə qədər baş tutan 15 qarşılaşmadan 13-ü çempionat, 2-si kubok çərçivəsində keçirilib. Komandaların kubok matçları 2007/08 mövsümünün yarımfinalına təsadüf edib.

Xatırladaq ki, həmin dueli 1 qələbə və 1 heç-heçə ilə cənublular qazanıb və finala yüksəlib. Çempionat matçlarında isə "Qəbələ" 2 qələbə qazanıb, 2 heç-heçə edərək və 9 dəfə uduzub. Top fərqi 9:23 olub.

Qeyd edək ki, ümumilikdə isə 2 qələbə və 3 heç-heçə qarşılığında 10 dəfə uduzan "Qəbələ" rəqib qapısına 11 top vurub və 27-ni isə buraxıb. Komandalar arasında keçirilən oyunların təqvimi aşağıda göstərilib.

2006/07 09.12.2006 Premyer Liqa "Xəzər Lənkəran" – "Gilan" (Qəbələ) 4:0

2006/07 23.05.2007 Premyer Liqa "Gilan" (Qəbələ) – "Xəzər Lənkəran" 0:3

2007/08 30.09.2007 Premyer Liqa "Xəzər Lənkəran" – "Qəbələ" 2:1

2007/08 05.04.2008 Premyer Liqa "Qəbələ"- "Xəzər Lənkəran" 1:1

2007/08 09.04.2008 Azərbaycan kuboku, ½ final "Qəbələ" – "Xəzər Lənkəran" 1:3

2007/08 23.04.2008 Azərbaycan kuboku, ½ final "Xəzər Lənkəran" – "Qəbələ" 1:1

2008/09 15.11.2008 Premyer Liqa "Qəbələ" - "Xəzər Lənkəran" 0:1

2008/09 03.05.2009 Premyer Liqa "Xəzər Lənkəran" – "Qəbələ" 1:2

2009/10 19.09.2009 Premyer Liqa "Qəbələ" - "Xəzər Lənkəran" 1:1

2009/10 19.12.2009 Premyer Liqa "Xəzər Lənkəran" – "Qəbələ" 1:0

2009/10 12.03.2010 Premyer Liqa Xəzər Lənkəran" – "Qəbələ" 4:1

2009/10 17.04.2010 Premyer Liqa "Qəbələ" – "Xəzər Lənkəran" 1:2

2010/11 07.08.2010 Premyer Liqa "Xəzər Lənkəran" – "Qəbələ" 1:0

2010/11 06.11.2010 Premyer Liqa "Qəbələ" – "Xəzər Lənkəran" 1:0

2011/12 23.09.2011 Premyer Liqa "Xəzər Lənkəran" – "Qəbələ" 2:1


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə