"Mən İtaliyanı və Napolini çox sevirəm"

"Mən İtaliyanı və Napolini çox sevirəm"
Argentinalı futbol əfsanəsi Diyeqo Maradona, indi də İtaliya A Seriyasında baş məşqçi olmağı arzulayır. Siasport.az saytı xəbər verir ki, hazırda Birləşmiş Ərəb Əmirliklərinin "Al Wasl" klubunu çalışdıran D.Maradona, bir vaxtlar formasını geydiyi "Napoli"nin baş məşqçisi olmaq istəyini dilə gətirib: "Mən İtaliyanı və Napolini çox sevirəm. Ancaq nə zaman buraya getsəm hökumət adamları mənim guya bu ölkəyə vegi borcu olduğumu əsas gətirib mənə qarşı sərt davranırlar. Mənim heç kimə bir qəpik də olsun vergi borcum yoxdur. Bunu hamı bilsin"-deyə D.Maradona fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə