"Mançester Yunayted" və "Yuventus" 19 yaşlı alman futbolçuya "elçi düşüblər"
İngiltərənin "Mançester Yunayted" və İtaliyanın "Yuventus" futbol klubları, futbol üzrə Almaniya millisinin forvardı Mariyo Götzeyə "elçi düşüblər". Siasport.az saytı xəbər verir ki, Borrusiya "Dortmund"unda forma geyən 19 yaşlı futbolçu, keçən mövsüm Borrusiya klubunun çempion olmasında böyük əmək sərf edib. Futbolçunun meneceri Dirt Hebel, "calciomercato.com" saytına verdiyi açıqlamada bildirib ki, təkcə "Yuventus" və "Mançester Yunayted" deyil, əksər Avropa klubları 19 yaşlı alman futbolçunu heyətlərində görmək istəyirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB