“Qarabağ” Ağdama yola düşdü

“Qarabağ” Ağdama yola düşdü

"Qarabağ" Futbol Klubu Ağdama yollandı. Siasport.az saytının məlumatına görə, Premyer Liqanın XXI turunda "Kəpəz" komandasını qəbul edəcək "Qarabağ" hazırda Quzanlı qəsəbəsinə doğru hərəkət edir.

Qeyd edək ki, bugün "Şəfa" stadionunda məşq etdikdən sonra Bakını tərk edən komanda Ağdama çatdıqdan sonra bu gün dincələk. Sabah isə komanda 1 saatlıq yüngül məşq edəcək. Azərkeşlərin böyük maraq göstərdiyi tarixi Azərbaycan derbisi olan "Qarabağ" – "Kəpəz" derbisi ilk dəfə Quzanlıda keçiriləcək.

Xatırladaq ki, "Qarabağ" – "Kəpəz" oyununu aşağıdakı hakimlər briqadası idarə edəcək:

Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, Yaşar Abbasov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Xaqani Məmmədov

Məlumat üçün bildirək ki, qarşılaşma Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə