İstanbulun "Qalatasaray" futbol klubunun prezidenti Ünal Aysal sərt açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, İstanbul klubunun prezidentini sərt açıqlama ilə çıxış etməyə vadar edən əsas səbəb, "Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırımın keçən mövsümdə "Qalatasaray"ın "Trabzonspor"la oynadığı oyunların şübhəli məqamlarla dolu olması barədəki açıqlamalarıdır. Ü.Aysal bu ittihamları rədd edərək bildirib ki, "Fənərbaxça" prezidenti bu cür ittihanlarla çıxıç edib digərlərini də ləkələməyə çalışır. "Əziz Yıldırım öz çirkabını üstümüzə atmasın. Hər kəs kimin çirkab içində olduğunu əla bilir"-deyə "Qalatasaray" prezidenti fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB