Dünən səfərdə "Mersin İdman Yurdu" ilə qarşılaşan İstanbulun "Qalatasaray" futbol klubu, dramtik keçən oyunda 3:1 hesablı qələbə qazanaraq liderliyini bir qədər də möhkəmləndirib. Siasport.az saytı xəbər verir ki, qarşılaşmanın 28-ci dəqiqəsində Necati Atəş "cim bom"a qələbə gətirən qola imz atıb. Bundan sonra, ilk hissədə meydan sahibləri nə qədər çalışsalar da "aslan"ın qapısına yol tapa bilməyiblər. Yalnız ikinci hissənin sonlarında meydan sahibləri arzuladıqları qolu vura biliblər. belə ki, oyunun 76-cı dəqiqəsində Erhan Guven bərabərlik qoluna imza atıb.
Belədə hər kəsin "Qalatasaray"ın səfərdə xal itirəcəyini düşündüyü anda, "cim bom" çox qısa bir vaxtda iki qol vuraraq meydandan 3:1 hesablı qələbə ilə ayrılıb. 82-ci dəqiqədə ptəyin olunan penaltidən Səlcuk İnan və ikinci hissəyə əlavə olunmuş vaxtda isə yenidən Necati Atəş rəqib torunu silkələyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB