Peşəkar Futbol Liqası ölkədə davam edən kəskin hava şəraiti ilə əlaqədar olaraq XVI turun bütün oyunlarının 28 mart tarixində keçiriləcəyini və XVII turun "Şəmkir" – "Bakılı" və "Göyəzən" – "MKT Araz" görüşlərinin vaxtlarında dəyişiklik edib. Siasport.az saytının məlumatına görə buna səbəb, qarşılaşmaların keçiriləcəyi stadionların pis vəziyyəti və ot örtüyünün yararsız olmasıdır.
PFL-in prezidenti R.Musayevin əmri ilə I divizionun XXIII turunun bütün görüşləri martın 30-dan aprelin 1-ə qədər olan müddətə keçirilib. Həmçinin I divizionun XVII turunun "Şəmkir"- "Bakılı" və "Göyəzən"-"MKT Araz" oyunları fevralın 18-dən aprelin 25-ə qədər olan tarixə dəyişdirilib.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB