Voleybol üzrə Azərbaycan Çempionatının Super Liqasında X tur oyunları bu gün 15:00-dan etibarən başladı. Siasport.az saytının məlumatına görə, ilk qarşılaşma "Azəeyolservis"lə "Bakı" klubları arasında keçirildi. Oyunun birinci hissəsində komandalar bərabər səviyyədə mübarizə aparsalar da 15-ci xaldan sonra yolçular hesabda geridə qalmağa başladı. "Bakı" isə daha da irəliləməkdə davam etdi. Lakin oyunda sükanı ələ keçirən "Azəryolservis" 25:23 hesabı ilə birinci hissəni bayram etdi.
İkinci hissədə isə hər şey əksinə dəyişdi və "Bakı" 25:16 hesabı ilə qələbə qazandı.
Üçüncü hissədə tamaşaçılara gözəl şou seyr etdirən komandalar yenidən qələbəni növbələşdirdilər. Bu dəfə "Azəryolservis" uduzduğu xalla qələbə qazandı. (25:16).
Dördüncü hissədə 15:25, beşinci hissədə isə 9:15 hesabı ilə meydanı qalib tərk edən "Bakı" klubu ümumi hesabda 3:2 hesabı ilə "Azəryolservis" üzərində çətinliklə də olsa qələbə qazandı. Bu dəqiqələrdə isə tur çərçivəsində növbəti, "Lokomotiv Biləcəri" komandası ilə "Lokomotiv" klubu arasında oyun başlanacaq.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB