"Mançester Yunayted" "Ayaks"la qarşılaşmada ulduz futbolçusunu itirdi!
Dünən UEFA Avropa Liqası çərçivəsində Hollandiyada yerli "Ayaks"la qarşılaşan İngiltərənin "Mançester Yunayted" futbol klubu, ulduz futbolçularından birini uzun müddətə itirməli olub. Siasport.az saytı xəbər verir ki, "Ayaks"la qarşılaşmada ciddi zədə alan ekvadorlu Antonio Valensiya, ən azı 4 həftə yaşıl meydanlardan kənarda qalmaqla, "qırmızı şeytanlar"ı çətin duruma salıb. Klubun həkimləri ilkin müayinədən sonra, ekvadorlu futbolçunun uzun zaman "Mançester Yunayted"ə kömək edə bilməyəcəyini bildiriblər. Bu isə ən çox baş məşqçi Aleks Fürgusyonu məyus edib. Çünki martın 4-də "Tottenhem"lə prinsipial oyuna çıxacaq "qırmızı şeytanlar", A.Valensiyanın xidmətindən yararlana biməyəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB