Arda Turan "Beşiktaş" haqqında danışdı...

Arda Turan "Beşiktaş" haqqında danışdı...

İspaniyanın "Atletiko" futbol klubunda çıxış edən keçmiş "Qalatasaray"lı Arda Turan, İtaliyada yerli "Latsio"ya qalib gəldikləri qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb. O, Madriddə keçiriləcək cavab qarşılaşmasında da qələbə qazanacaqları təqdirdə, "Beşiktaş"-"Braqa" cütlüyünün qalibi ilə qarşılaşacaqlarını xatırladaraq, səfər qarşılaşması üçün İstanbula gəlmək ehtimallarının yüksək olduğunu deyib. A.Turan bildirib ki, bu baş tutacağı təqdirdə, hər kəs gözəl bir qarşılaşmanın şahidi olacaq: "Düzdür, indidən bunu iddia etmək düzgün deyil. Çünki cavab qarşılaşmasında həm biz həm də "Beşiktaş" məğlubiyyətə də uğraya bilər. Yəni bu futbolun yazılmamış qanunlarındandır. Amma böyük ehtimalla bizim növbəti mərhələdəki rəqibimiz məhz "Beşiktaş" olacaq"-deyə A.Turan fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə