Son vaxtlar daha çox uğursuz oyunları ilə diqqət çəkən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Siasport.az saytı xəbər verir ki, Berti Foqtsun həmvətəni olan almaniyalı baş məşqçi Bernard Lippert daha bir futbolçunu fevralın 22-dən 29-dək Bakıda keçiriləcək təlim-məşq toplanışına dəvət edib. Bu, "İnter"in üzvü Elnur Abdulovdur. Görünür B.Lippert nəyəsə nail olmağa və uğursuz gedişata "dur" deməyə çalışır. Amma nəzərə alanda da, məhəllə səviyyəli futbol klublarında heç bir istedad axtarmağa dəyməz, o zaman bu almanın da başgirləməkdən başqa heç bir niyyətinin olmadığı aydınca üzə çıxır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB