"Trabzonspor" "PSV Endhoven"lə bacarmadı!

"Trabzonspor" "PSV Endhoven"lə bacarmadı!
Dünən axşam UEFA Avropa Liqasında 1/16 final qarşılaşmaları çərçivəsində bir sıra oyunlar keçirilib. Siasport.az saytı xəbər verir ki, Türkiyənin "Trabzonspor" futbol klubu öz meydanında Hollandiyanın "PSV Endhoven" klubunu qəbul edib. Olduqca sürətli futbol mübarizəsi şəraitində keçən qarşılaşma, Hollandiya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra Türkiyə təmsilçisinin Hollandiyada sensasiyaya imza atacağı inandırıcı görünmür.

İtaliyada isə yerli "Latsio" klubu İspaniyanın "Atletiko Madrid" komandasını qəbul edib. Bu qarşılaşmada da sevinən tərəf İspaniya klubu olub. Arda Turanın heyətində çıxış etdiyi komanda səfərdə 3:1 hesablı qələbə qazanaraq, növbəti mərhələyə adlamaq şansını yülsəldib. Keçirilən bütün qarşılaşmaları və qeydə alınan nəticələri diqqətinizə çatdırırıq:

Trabzonspor" (Türkiyə) - PSV (Hollandiya) - 1:2
"Udineze" (İtaliya) - PAOK (Yunanıstan) - 0:0

"Visla" (Polşa) - "Standard" (Belçika) - 1:1

"Porto" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə) - 1:2

"Hannover" (Almaniya) – "Brügge" (Portuqaliya) - 2:1

"Styaua" (Rumıniya) - "Tvente" (Hollandiya) - 0:1

"Stok Siti" (İngiltərə) – "Valensiya" (İspaniya) - 0:1

21:00. "Lokomotiv" (Rusiya) - "Atletik" (İspaniya) - 2:1

22:00. "Ayaks" (Hollandiya) - "Mançester Yunayted" (İngiltərə) - 0:2

22:00. "AZ Alkmaar" (Hollandiya) – "Anderlext" (Belçika) - 1:0

22:00. "Latsio" (İtaliya) - "Atletiko" (İspaniya) - 1:3

22:00. "Zalzburq" (Avstriya) - "Metallist" (Xarkov, Ukrayna) - 0:4

22:00. "Viktoriya" (Çexiya) – "Şalke" (Almaniya) - 1:1

22:00. "Legia" (Polşa) - "Sportinq" (Portuqaliya) - 2:2

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com