“Neftçi”nin 11 yetirməsi U-21-in heyətində oynayacaq

“Neftçi”nin 11 yetirməsi U-21-in heyətində oynayacaq

Xəbər verdiyimiz kimi, 21 yaşlı futbolçulardan ibarət milli komandaya dəvət olunmuş futbolçuların adları məlum olub. Siasport.az saytının məlumatına görə, "Neftçi" klubunun 11 futbolçusu U-21-in heyətinə dəvət olunub.

Hazırda "Neftçi"nin formasını geyinən aşağıdakı futbolçular fevralın 22-dən 29-a qədər keçiriləcək toplanışa dəvət olunublar:

Elvin Yunuszadə,

Mirhüseyn Seyidov,

Cavid İmamverdiyev

Əyyub Əliyev

Qeyd edək ki, yığma komandaya dəvətolunan oyunçular arasında 2 legioner həyatı yaşayan futbolçu var ki, onlar da \"Neftçi\"nin yetirmələridir. Onlar Yunanıstanın \"Ponionios\" klubunda oynayan Araz Abdullayev və Türkiyənin \"Ərciyəzspor\" komandasında çıxış edən Amit Qulzadədir. Baş məşqçi Bernhard Lippertin xidmətində maraqlı olduğu Flaqmanın digər 5 yetirməsi isə hazırda Unibank Premyer Liqasında mübarizə aparan \"Sumqayıt\" klubunda icarə əsasında çıxış edir. Həmin futbolçular aşağıdakılardır:

Ruslan Tağızadə,

Orxan Həsənov,

Tərlan Quliyev,

Kamil Nurəhmədov

Eşqin Quliyevdir.

Məlumat üçün bildirək ki, 21 yaşlı futbolçulardan ibarət U-21 milli komandamız fevralın 29-da Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində İslandiya seçməsi ilə qarşılaşacaq.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə