Göyçayda Ehsan Kərimovun 85 illik yubleyinə həsr edilmiş güləş üzrə III respublika turnirinə start verilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, bir neçə rayonun iştirak etdiyi regional yarışda 500 yaxın idmançı iştirak edəcək.
Göyçay Olimpiya İdman Kompleksində keçirilən sərbəst və yunan-Roma güləşi üzrə yarışda rayon idmançıları qüvvəsini sınayıb. Dörd gün davam edəcək turnir 15 şəhər və rayondan 500 yaxın idmançı iştirakçı qatılıb. Yarışın qaliblərinə medal və diplomlar, eləcə də pul mükafatı veriləcək.
Qeyd edək ki, yarışın təşkilat komitəsi gələcəkdə turnirin beynəlxalq səviyyədə təşkil edilməsini nəzərdə tutur.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB