Unibank Premyer Liqasının XX tur oyunlarında "İnter" klubu "Kəpəz" komandasının qonağı olub. Siasport.az saytının məlumatına görə, "İnter" görüşün son dəqiqəsində Nizami Hacıyevin vurduğu qolla 1:0 hesabı ilə qələbə qazanıb. Oyundan sonra "İnter"in baş məşqçisi Kaxaber Sxadadze müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik:
"Bütün futbol ictimaiyyətini ikinci dövrənin başlaması münasibəti ilə təbrik edirəm. Oyunumuz Gəncədə baş tutmalı idi. Lakin, stadionun ot örtüyünün pis vəziyyətdə olması buna imkan vermədi. PFL və "Kəpəz" klubunun rəhbərliyinə bu oyunun Yevlaxda baş tutmasına şərait yaratdıqları üçün təşəkkürümü bildirərəm. Gərgin oyun oldu, ilk hissədə səhvlərə yol verirdik. Lakin ikinci hissədə oyunumuzu tapdıq və qələbə qolunu vura bildik. "Kəpəz"ə gələcək oyunlarda uğurlar arzulayıram".
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB