Azərbaycan taekvondoçuları ABŞ-a yollanır

Azərbaycan taekvondoçuları ABŞ-a yollanır

Azərbaycanın taekvondo üzrə milli komandası Amerika Birləşmiş Ştatlarına daha bir çempionatda çıxış etmək üçün yola düşür. Taekvondo Federasiyasının mətbuat katibi Sənan Məhərrəmovun siasport.az saytına verdiyi xəbərə görə, taekvondoçularımız Dünya Taekvondo Federasiyasının "G2" kateqoriyalı yarışında- ABŞ Açıq Çempionatında ("US Open") iştirak edəcək.

Qeyd edək ki, taekvondoçularımız fevralın 21-dən 24-ə qədər Las Veqasda keçiriləcək beynəlxalq turnirə koreyalı mütəxəssis Con Conqbay, qadınlarda isə yığmanın baş məşqçisi Sunmi Parkın rəhbərliyi ilə yollanacaq.

Məlumat üçün bildirək ki, millimiz aşağıdakı heyətlə çempionatda çıxış edəcək:

Fariz Əliyev (68 kq),

İlkin Şahbazov (74 kq),

Ramin Əzizov (80 kq),

Xəyalə Quliyeva (46 kq),

Türkanə Tahirli (49 kq),

Aygül Abdullayeva (53 kq),

Günay Ağakişiyeva (57 kq),

Səbinə Mikayılova (62 kq)

Fəridə Əzizovadan (67 kq).

Onu da qeyd edək ki, keçiriləcək çempionatda London Olimpiadasına vəsiqə qazanmış bir çox idmançıların iştirak etməsi böyük maraq doğurur. Birləşmiş Ştatlarda bu mütəbər turnirin qalibləri beynəlxalq reytinqlərinə 20 xal, mükafatçılar isə müvafiq olaraq 15 və 10 xal əlavə edəcək.

Xatırladaq ki, fevralın 18-də səfərə yola düşəcək millimiz vətənə ayın 27-də dönəcək.

Orxan Faiqov


Bütün xəbərlər Facebook səhifəmizdə