Dünən FIFA U-17 qadınlararası dünya çempionatı "Azərbaycan 2012"nin rəsmi sloqanı Lənkəranda təqdim olunub. Siasport.az saytı xəbər verir ki, flash mob aksiyasında 100-ə yaxın rəqqas iştirak edib. Peşəkar rəqqaslar Lənkəran şəhər Mərkəzi stadionuna pazl kartlarla daxil olaraq, sonda rəsmi sloqan həkk olunmuş ümumi görüntünü açıqlayıb: "On bir ürək, bir istək"!
Qarşıdan gələn futbol bayramına Lənkəran əhalisini daha da yaxından cəlb etmək üçün yerli təşkilat komitəsi FIFA ilə birgə qərara gəlib ki, bu dəfə rəsmi sloqanı çempionata ev sahibliyi edəcək iki şəhərdən biri olan Lənkəranda açıqlasın. Futbol azarkeşləri sentyabr 22 –dən oktyabrın 13-dək Azərbaycanda keçiriləcək dünya çempionatına hazırlıqla daha yaxından tanış olmaq imkanı əldə ediblər. "Xəzər Lənkəran" -AZAL oyununa gələn azarkeşlərə 17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin oyunçuları haqda məlumat kitabçaları paylanılıb.Bundan əlavə, çempionatın rəsmi talismanı da stadionda azarkeşlərə təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB