Mariya Stadnik: “Görüşdə hər saniyə, hər hərəkət vacib idi”

Mariya Stadnik: “Görüşdə hər saniyə, hər hərəkət vacib idi”

Ukraynanın paytaxtı Kiyevdə keçirilən ənənəvi güləş turnirində çıxış edərək qızıl medalı əldə edən Mariya Stadnik maraqlı müsahibə verib.

Siasport.az saytının məlumatına görə, turnirdə məğlub etdiyi ukraynalı (Afina 2004 Olimpiadasının qalibi) İrina Merleni ilə görüşü sən demə uzun illərdir ki, gözlənilirmiş. Çünki bu vaxta qədər güləşçilər heç bir dəfə də olsun üz-üzə gəlməyiblər. Krasnoyarskada keçirilə Qran-pri turnirində 2008-ci il Pekin Olimpiadasının Çempionu kanadalı Kerol Hyunu da məğlub edən idmançı jurnalistlərə verdiyi müsahibəsində onun rəqibinin yalnız yaponiyalı idmançılar ola biləcəyini vurğulayıb. Belə ki, azərbaycanlı güləşçi ilə qarşılaşması böyük maraqla gözlənilirdi.

Qeyd edək ki, ukraynalı güləşçini məğlub etmiş M.Stadnik müsahibəsində bu fikirləri ifadə edir:

"Merleni ilə hələ heç vaxt rəsmi turnirlərdə üz-üzə gəlməmişdik. Buna görə də, hər saniyə, hər hərəkət, hər xal olduqca vacib idi. Təlim-məşq zamanı keçirdiyimiz yoxlama görüşündə də ona qalib gəlmişdim, bu səbəbdən də bilirdim ki, o məni boğacaq. Amma buna hazır idim".

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə