Xəbər verdiyimiz kimi, Ukraynanın paytaxtı Kiyev şəhərində sərbəst və qadın güləşi üzrə ənənəvi beynəlxalq turnir keçirilir. Turnirdə həm sərbəst, həm də qadın güləşi üzrə yığma komandalarımız iştirak edir.
Güləş Federasiyasının mətbuat katibi Mayis Musayevin siasport.az saytına verdiyi xəbərə görə, turnirin ilk günündə güləşçilərimiz 1 qızıl və 4 bürünc medal qazanıblar. Proqrama əsasən, ilk gün 48, 55, 63, 72 kiloqramda çəki dərəcələrində qadın, 55, 66, 84, 120 kiloqramlarda isə sərbəst güləşçilər arasında keçirilən görüşlərin qalibləri müəyyənləşib.
Məlumat üçün bildirək ki, qadın güləşçimiz Mariya Stadnik (48 kq) fəxri kürsünün ən yüksək pilləsində çıxıb. Ardıcıl iki Rusiya idmançısına və bir Ukrayna təmsilçisinə məğlub edən Stadnik finala yüksəlib. Finalda Ukrayna idmançısı İrini Merleniyə (1:0, 1:0) qalib gələrək qızıl medala sahib olub.
Qeyd edək ki, 63 kiloqram çəkidə Olesya Zamula və 72 kq-da Dina İvanova isə fəxri kürsüyə bürünc medalla çıxıb. Həmçinin sərbəst güləşçilərimizdən 55 kiloqramda Yaşar Əliyev və 84 kiloqram çəki dərəcəsində İlya Xamikoyev da bürünc medal əldə edib.
Xatırladaq ki, bu gün isə 51, 59, 67 kq çəki dərəcələrində qadınlar və 60, 74, 96 kq çəkidə sərbəst güləşçilər arasında yarışlar keçiriləcək.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB