Atəşgah” İntellektual Oyunlar Klubunun gənclər komandası Rusiyaya yollanır

Atəşgah” İntellektual Oyunlar Klubunun gənclər komandası Rusiyaya yollanır
Azərbaycanın "Atəşgah" İntellektual Oyunlar Klubunun gənclərdən ibarət yığma komandası Rusiyada keçiriləcək İntellektual Oyunlar Festivalında iştirak edəcək.
Siasport.az saytı xəbər verir ki, "Fevral nağılı - 2012" festivalı fevralın 18-19-da Sankt-Peterburqda keçiriləcək. Gənclərdən ibarət yığma komandanın biliciləri indiyə qədər "Nə? Harada? Nə vaxt?" oyunu üzrə dünya çempionatlarında, tələbələr arasında Avropa çempionatlarında, habelə "Breyn-rinq" və "Öz oyunumuz" televiziya verilişlərinin çəkilişlərində iştirak ediblər.
Azərbaycanın ən "qocaman" İntellektual oyunlar klubu olan "Atəşgah" həm də Beynəlxalq "Nə? Harada? Nə vaxt?" Klubları Assosiasiyasının üzvüdür. Klubun yetirmələri olan bilicilərin bir neçə nəsli ölkəmizi beynəlxalq aləmdə uğurla təmsil ediblər. Klub komandaları "Nə? Harada? Nə vaxt?" oyunu üzrə mütləq dünya çempionu və Cənubi Qafqaz çempionu olmuş, bir sıra başqa parlaq qələbələr, uğurlar və nailiyyətlər qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə