"Milan" "Arsenal"ı rüsvay etdi!

Dünən axşam UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, İtaliyada İngiltərənin "Arsenal" futbol klubunu qəbul edən "Milan", sözün əsl mənasında Arsen Vengerin komandasına futbol dərsi keçib. Belə ki, rəqibini mütün kompanentlərdə üstələyən italyanlar, qarşılaşmadan 4:0 hesablı qələbə ilə ayrılıblar. Çox güman ki, artıq "Arsenal" UEFA Çempionlar Liqası ilə vidalaşaraq bütün diqqətini İngiltərə Premyer Liqasına yönəltməli olacaq. Rusiyada "Zenit" (Sankt-Peterburq) klubu doğma azarkeşləri önündə Portuqaliyanın "Benfika" klubunu qəbul edib. Gərgin keçən görüş Peterburq təmsilçisinin qələbəsi ilə başa çatıb - 3:2.

"Milan" (İtaliya) – "Arsenal" (İngiltərə) - 4:0
Qollar: Boatenq, 15 (1:0), Robinyo, 38 (2:0), 49 (3:0), İbrahimoviç, 79-pen (4:0)

21:00. "Zenit" (Rusiya) – "Benfika" (Portuqaliya) - 3:2
Qollar: Maksi Pereyra, 20 (0:1), Roman Şirokov, 27 (1:1), Sergey Semak, 79 (2:1), O.Kordozo, 87 (2:2), R.Şirokov, 88 (3:2)

Bütün xəbərlər Facebook səhifəmizdə