\"Neftçi\" Peşəkar Futbol Klubunun baş məşqçisi Böyükağa Hacıyev \"Sumqayıt\" komandası ilə oyundan sonra açıqlama verib. Siasport.az saytının klubun rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, B. Hacıyev bu fikirləri söyləyib:
\"Hər oyuna olduğu kimi, bu matça da qələbə üçün çıxmışdıq. Rəqib \"Sumqayıt\" klubu ilk dövrə ilə müqayisədə fərqli oyun nümayiş etdirdi. Bunda təbii ki, komandanın baş məşqçisinin böyük zəhməti var. İlk dəqiqələrdən qol vurmaqda çətinlik çəkirdik. Amma sonradan üstünlüyümüzü qola çevirə bildik. Nəticədə 3 xal qazanan tərəf olduq. Qarşıdakı görüşlərdə də qələbə əldə edib ilk pillədəki mövqeyimizi qorumağa çalışacağıq".
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB