“Neftçi” 3 xalını 3 qolla əldə etdi

“Neftçi” 3 xalını 3 qolla əldə etdi

Xəbər verdiyimiz kimi, Unibank Premyer Liqasının XX turu çərçivəsində "Neftçi" Peşəkar Futbol Klubu "Sumqayıt" komandası ilə üz-üzə gəlib. Siasport.az saytının klubun rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, Oyun açıq-aşkar "Neftçi"nin üstünlüyü ilə keçib. "Şəfa" Stadionunda baş tutan qarşılaşmada 3:0 hesabı ilə Flaqman qalib ayrılıb.

Qeyd edək ki, "Neftçi"nin start heyətində aşağıdakı futbolçular yer alıb:

Rauf Mehdiyev, Ruslan Abışov, Rail Məlikov, Elvin Yunuszadə, Alessandro Viana da Silva, Denis Silva, Slavço Georgiyevski, Mirhüseyn Seyidov, Rəşad Abdullayev, Flavinyo, Bahadur Nasimov

\"Sumqayıt\"da isə aşağıdakı futbolçular oyuna çıxıblar:

Andrey Popoviç, Tərlan Quliyev, Timur İsrafilov, Ruslan Tağızadə, Bədavi Hüseynov, Samir Abbasov, Abdulla Abatsiyev, Uğur Pamuk, Eşqin Quiyev, Ramil Həşimzadə, Kamil Nurəhmədov.

Qolları "Neftçi"nin heyətində 45-ci dəqiqədə Flavinyo, ikinci hissənin 48-ci və 84-cü dəqiqələrində isə Bahodir Nasimov vurur. Oyunda dubla imza atan Bahodir Nasimov qarşılaşmanın bombardiri olub.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə