Bu gün Lənkəranda FİFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin rəsmi olaraq "sloqan"ı ictimaiyyətə təqdim edilib. Siasport.az saytınınn məlumatına görə, Unibank Premyerliqasının XX turu çərçivəsində keçirilən bu günkü "Xəzər Lənkəran" – "AZAL" qarşılaşmasından əvvəl keçirilən "fləş mob" aksiyasında 100-ə yaxın rəqqas iştirak edib.
Qeyd edək ki, rəqqaslar Lənkəran şəhər Mərkəzi stadionuna pazl kartlarla daxil olaraq, sonda rəsmi sloqan həkk olunmuş ümumi görüntünü nümayiş etdiriblər. Sloqan isə belə olub: "On bir ürək, bir istək"!
Məlumat üçün bildirək ki, "Xəzər Lənkəran" — "AZAL" oyununa gələn azarkeşlərə 17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin futbolçuları haqda məlumat almaq üçün kitabçalar paylanıb. Bundan əlavə, çempionatın rəsmi talismanı da stadionda azarkeşlərə nümayiş etdirilib.
Orxan Faiqov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB