Avarçəkənlərimiz Bolqarıstana yollanırlar

Avarçəkənlərimiz Bolqarıstana yollanırlar
Fevralın 19-dan martın 10-dək Bolqarıstanın Belmeken şəhərində Azərbaycanın kanoe üzrə milli komandası təlim-məşq toplanışında iştirak edəcək. Siasport.az saytı Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığmamız baş məşqçi Aleksandr Kolıbelnikov və şəxsi məşqçisi Anatoli Dudnikin rəhbərliyi altında mübarizə aparacaq. Toplanışda yığmamızın 5 idmançısı - 3 qat dünya və Avropa çempionu Valentin Demyanenko, 2010-cu ilin Avropa çempionları Sergey Bezuqlıy, Maksim Prokopenko, gənclər arasında Avropa çempionu Andrey Kraytor və digər kanoeçimiz Boqdan Kurudz iştirak edəcəklər. Qeyd edək ki, Valentin Demyanenko və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə