AFFA-nın baş katibi FIFA-nın Təşkilat Komitəsinin iclasında hesabat verib

AFFA-nın baş katibi FIFA-nın Təşkilat Komitəsinin iclasında hesabat verib

Xəbər verdiyi "Bakı 2020" sifariş kitabının təqdim etmək üçün Azərbaycanın nümayəndə heyətinin tərkibində İsveçrəyə səfər edən AFFA-nın baş katib Elxan Məmmədov FİFA-nın iclasında iştirak edib. Siasport.az saytının AFFA-nın rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, İsveçrənin Sürix şəhərində FIFA U-17 qadınlararası dünya çempionatının FIFA Təşkilat Komitəsinin iclası keçirilib. Elxan Məmmədov tədbirdə hesabatla çıxış edib, komitə üzvlərinə FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin hazırlıq işləri ilə bağlı ətraflı məlumat verib.

Qeyd edək ki, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin (YTK) üzvləri də hazırda Sürix şəhərinə səfərdədir. Komitə üzvləri FIFA-nın müxtəlif departamentlərində işgüzar görüşlər keçirib.

Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə